Bu gün səhər saatlarında Saratov vilayətinin Zarubin küçəsində yerləşən evlərdən birində üç meyit aşkar edilib.AZXEBER.COM-un“Sarİnform” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İstintaq Komitəsinin Kirov rayonu üzrə İstintaq İdarəsinin müstəntiqi İrina Taskanova məlumat verib.Onun məlumatına görə, saat 11 radələrində küçə sakinləri hay-küy salıblar: kəskin qaz iyi hiss olunub. Mənzilin sahibi hadisə yerinə çağırılıb. Mənzil iydən təmizləndikdən sonra oradan iki kişi və bir qadın meyiti aşkar edilib.Müstəntiq hesab edir ki, onlar yatdıqları yerdə qazdan boğulublar, çünki çılpaq halda olublar. 17 və 21 yaşlı oğlanlar azərbaycanlı olublar. Onlar Saratova işləməyə gəliblər. Qonşular onların barəsində müsbət fikir söyləyiblər.Üçüncü meyit isə Qaqarin adına Saratov kollecinin 20 yaşlı tələbəsinə məxsusdur. Qızın azərbaycanlılarla bir otaqda nə etdiyini aydınlaşdırmaq lazımdır.