Rusiyada 35 min insan yeni seçki tələb etdi - FOTO
Bütün Xəbərlər
20:05 10.12.2011
1483
Rusiya Dumasına seçkilərin saxtalaşdırılması əleyhinə Moskvadakı Bolotnoe (Bataqlıq) Meydanında keçirilən mitinq başa çatıb. Lent.az-ın məlumatına görə, aksiyanın yekununda 5 maddədən ibarət qətnamə qəbul olunub. Meydana toplaşanlar saxta seçkilərin nəticələrinin ləğvini, Rusiya Federasiyası Mərkəzi Seçki Komitəsinin sədri Vladimir Çurovun istefasını, bütün pozuntu və saxtalaşdırma faktlarının araşdırılmasını və siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb ediblər. Eyni zamanda, müxalifət partiyalarının qeydə alınması, partiya və seçkilər haqqında demokratik qanunvericiliyin qəbul edilməsinə dair tələblər səsləndirilib. Qətnamənin sonunda yeni açıq və ədalətli seçkinin keçirilməsi tələb olunur. Mitinqdə müxalifət hərəkatının müxtəlif nümayəndələri iştirak ediblər. Boris Nemtsov, Natalya Udaltsova və Yevgeni Çirikovanın başçılıq etdiyi bir neçə min insan isə İnqilab Meydanındakı mitinqdən sonra Bataqlıq Meydanına gəliblər. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Növbəti mitinqin dekabrın 24-də Bataqlıq Meydanında təşkili planlaşdırılıb.