"Rusiyada anti-islam siyasəti aparılır"

Bütün Xəbərlər
08:56 18.12.2010
1910

 

 Moskvada son günlər baş vermiş iğtişaşlara toxunan Qaynutdin bildirib ki, 2 milyon müsəlmanın yaşadığı paytaxtda hakimiyyət antiislam siyasəti aparır. “Müsəlmanlar məscid çatışmazılığı üzündən bayram namazlarını küçədə, tramvay yollarında, kilsə həyətlərində qılmağa məcburdurlar. Müsəlmanları belə alçaldılmasını, onların vətəndaş hüquqlarının tapdanmasını bütün müsəlmanlar, İslam dünyası görür”.

O hesab edir ki, “Moskvada və Piterdə olan bu həyəcanlar İslama olan münasibətin təzahürüdür”.
“20 il ərzində biz elə bir nəsil tərbiyə etmişik ki, onlar pornoya baxmağı, içməyi, narkoikanı sevirlər. Onların heç biri tarlaya çıxıb məhsul yığmağı özlərinə sığışdırmır”.

Qaynutdin dövləti “Rusiyada İslamı boğmaq” cəhdində ittiham edib. Baş mufti bildirib ki, dövlət süni dini təşkilatlar yaradaraq müsəlmanların birliyinə əngəl yaradır. Qaynutdin “Rusiya İslami həmrəylik Assosiyasiyası” adı ilə təsis olunan Dördüncü Üümümrusiya Müftiliyinin yaradılmasına  sərt münasibət bildirib.

“Belə “əldənqayırma” müfti təsisatı müsəlmanların birliyinin əleyhinə fəaliyyət göstərən qışqıran kuklalar” olacaq. Bu marionetkaların məqsədi Rusiyada İslamı boğmaqdır. Onlar yaxşı başa düşürlər ki, Rusiyada İslam böyük bir faktordur”-deyə Qaynudtin bildirib.

OXŞAR XƏBƏRLƏR