Rusiyanın Kemerovsk vilayətinin Mərkəzi rayonunda Azərbaycanın diasporunun liderlərindən birinə qarşı sui-qəsd olub.
ANS-in Rusiyanın “Qazeta Kemerova”ya istinadən verdiyi məlumata görə, ötən gün 52 yaşlı azərbaycanlıya naməlum avtomobildən 3 dəfə atəş açılıb.
Vilayətin regional İstintaq komitəsinin nümayəndəsi Nadejda Ananyeva bildirib ki, atılan 3 güllədən 2-si hədəfə dəyməyib, biri isə sui-qəsdə məruz qalanın barmağına dəyərək onu yaralayıb.