Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, “Azərros” – Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovla Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan arasında görüş dekabrın əvvəllərində keçiriləcək.Noyabrın 16-a təyin olunan görüşün təxirə salınmasının səbəbi Söyün Sadıqov və Ara Abramyanın Moskvada olmamasıdır.Diaspora rəhbərləri dekabrda daha geniş tərkibdə görüş keçirməyi qərara alıblar. Görüşdə keçiriləcək birgə tədbirlərin planı hazırlanacaq.
//APA