Rusiyada Azərbaycan və erməni diasporunun bu həftəyə təyin olunan görüşü təxirə salındı

Rusiyada Azərbaycan və erməni diasporunun bu həftəyə təyin olunan görüşü təxirə salındı
Bütün Xəbərlər
15:01 12.11.2012
867
Rusiyada Azərbaycan və erməni diasporu arasında noyabrın 16-na təyin olunan görüş təxirə salınıb.
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, “Azərros” – Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovla Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan arasında görüş dekabrın əvvəllərində keçiriləcək.Noyabrın 16-a təyin olunan görüşün təxirə salınmasının səbəbi Söyün Sadıqov və Ara Abramyanın Moskvada olmamasıdır.Diaspora rəhbərləri dekabrda daha geniş tərkibdə görüş keçirməyi qərara alıblar. Görüşdə keçiriləcək birgə tədbirlərin planı hazırlanacaq.
//APA
OXŞAR XƏBƏRLƏR