Rusiyada azərbaycanlı avtoriteti doğradılar

Rusiyada azərbaycanlı avtoriteti doğradılar
Bütün Xəbərlər
16:14 10.01.2012
3294
Rusiyada Azərbaycan əsilli kriminal avtoritet Qənimət Kərimov öldürülüb. 
44 yaşlı Qənimət Kərimov yanvarın 9-da Samarada “Foksfagen” markalı avtomobildə bıçaqlanmış halda tapılıb.Qənimət Kərimov Samara üçüncü tərəvəz bazarında daim müxtəlif mübahisələrdə iştirak edib və onun ölümünün də bununla bağlı olduğu ehtimal edilir.Qeyd edək ki, Qənimət Kərimov yanvarın 7-də itkin düşüb. Onun cəsədinin aşkarlandığı avtomobil dostuna məxsus olub. Yanvarın 9-da saat 00:05 radələrində polisə zəng açılıb və Taşkent küçəsindəki qarajdakı bir avtomobildə cəsəd olduğu bildirilib. Hadisə yerinə operativ qrup gedib. Ölənin şəxsiyyəti müəyyənləşdirilib və cəsəd avtomobildən çıxarılan zaman partlayıcı qurğu işə düşüb. Məhkəmə-tibbi Ekspert Bürosunun eksperti ayağından, polis bölməsinin rəis müavini qarnından yüngül yaralanıblar. Güman edildiyinə görə, maşına hazır vəziyyətə gətirilmiş əl qumbarası qoyulubmuş.Cinayət işi açılıb, istintaq aparılır. 
/// lent.az
OXŞAR XƏBƏRLƏR