Rusiyada azərbaycanlı “ət kralı” oğurlandı

Rusiyada azərbaycanlı “ət kralı” oğurlandı
Bütün Xəbərlər
13:01 19.01.2015
977
Onun evinin yaxınlığında qanlı papağı tapılıb.
Surqutda azərbaycanlı sahibkar Barat Əkbərov oğurlanıb. 49 yaşlı biznesmen ət məhsullarının satışı ilə məşğul olur.
Barat Əkbərov yanvarın 16-da Naberejni küçəsində, 76/1 saylı evin yaxınlığında oğurlanıb. İlkin məlumatlara əsasən, biznesmen maşınını həyətdə park edib. Daha sonra bir neçə nəfər ona hücum edərək onu “Moskviç – 2141” avtomobilinə itəliyərək hadisə yerindən uzaqlaşıblar. Maşının azərbaycanlıya məxsus olduğu bildirilir.
Biznesmenin oğurlandığı yerdə onun qan izlərinin olduğu papağı aşkarlanb. Hüquq-mühafizə orqanları oğurlanmanın səbəbi ilə bağlı bir neçə versiyanı, həmçinin biznesmenin iş fəaliyyəti ilə bağlı olan versiyanı da nəzərdən keçirirlər.
Sahibkarın oğurlanması faktı ilə bağlı artıq cinayət işi açılıb.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR