İyunun 27-də axşam saatlarında Krasnoyarsk şəhərinin Kuznetsovskoe plato rayonunda boş sahədə bədənində güllə yaraları olan 27 yaşlı qadın və 37 yaşlı kişi meyiti aşkar edilib.
Onların yanında lüləsi kəsik tüfəng olub.
AZXEBER.COM NKK nəşrinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Cəsədləri gənc oğlan aşkar edib və polisə xəbər verib. Hadisə yerinə gələn müstəntiqlər ölənlərin şəxsiyyətini müəyyənləşdiriblər. Hər ikisi də azərbaycanlı olan qadın və kişi ər-arvad olublar, lakin təxminən iki il əvvəl boşanıblar və qadın Azərbaycan Respublikasına gedib. Onların arasında ədavət olub. Keçmiş ər arvadına Krasnoyarska gəlməyi qadağan edib və əks təqdirdə öldürəcəyi ilə hədələyib.
Faktla bağlı araşdırma aparılır. Yekunda prosessual qərar qəbul olunacaq.