Bu gün gecə saatlarında Yekaterinburqun Kosmonavtov prospektində azərbaycanlılara məxsus “Abşeron” kafesində böyük yanğın baş verib.
AZXEBER.COM-un “Noçnıe novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın işçi heyətin müəssisəni tərk etməsindən 7 dəqiqə sonra mətbəxdə baş verib.Hadisə yerinə yaxın olan insanlardan biri - Andrey Krılatkov içərində kiminsə ola biləcəyini düşünərək kafeyə girmək qərarına gəlib. O, ayağı ilə şüşəli qapını sındırarkən şüşə üzərinə düşüb və xeyli qan itirərək ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Yanğının söndürülməsində 4 yanğın söndürən maşın iştirak edib. Səhər saatlarında yanğını söndürmək mümkün olub.