Rusiyada azərbaycanlını öldürənlər tutuldu

Rusiyada azərbaycanlını öldürənlər tutuldu
Bütün Xəbərlər
11:59 08.05.2013
1038

Rusiya polisi Moskvanın Nijnie Polya küçəsində bir nəfərin ölməsi, iki nəfərin yaralanması ilə nəticələnən kütləvi davanın 5 iştirakçısını yaxalayıb.

Döş qəfəsindən güllə yarası alan azərbaycanlı hadisə yerindəcə keçinmişdi.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında davanın təşkilatçısı da var.Hazırda əməliyyatçılar və müstəntiqlər baş verənlərin tam təfərrüatını müəyyənləşdirirlər.İnsident mayın 5-i, Pasxa bayramında baş verib. Azərbaycanlılar və çeçenlər arasında baş verən münaqişə nəticəsində iki nəfər kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Ölən və yaralananlardan biri azərbaycanlı, ikinci yaralı isə Gürcüstan vətəndaşı olub. Hadisə yerindən bir karabin, iki travmatik tapança və 30 müxtəlif ölçülü giliz götürülüb.

OXŞAR XƏBƏRLƏR