Rusiyada bir gündə 10 mindən çox insan koronavirusa yoluxdu

Rusiyada bir gündə 10 mindən çox insan koronavirusa yoluxdu
DÜNYA
12:18 03.05.2020
1587

Rusiyada son bir gündə 10 633 nəfərə koronavirus diaqnozu qoyulub.

AZXEBER.COM xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb.

Virusa yoluxanların yarısından çoxunda koronavirusun simptomları müşahidə edilməyib. Ölkədə virusdan ölənlərin sayı isə 58 nəfər artaraq 1 280-ə yüksəlib.

Ən çox yoluxma halı Tatarıstan, Başqırdıstan və Leninqrad bölgəsində qeydə alınıb. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 16 026 nəfər sağalıb.

OXŞAR XƏBƏRLƏR