Moskva məhkəməsi Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbəri, əvvəllər Baş Kəşfiyyat İdarəsinə (QUR) rəhbərlik etmiş Kirill Budanovu qiyabi həbs edib.
Budanov qadağan olunmuş müharibə metodlarından istifadə etməkdə ittiham olunub.
Məhkəmə Budanovun qiyabi həbsini təsdiqləyib.
Qeyd edək ki, Budanov 2023-cü ildə qiyabi həbs edilib. Onu 20 ilə qədər həbs cəzası gözləyir.
Budanov Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxil edilib.










































