Rusiyada dünya şöhrətli müğənniyə '+18' məhdudiyyəti

Rusiyada dünya şöhrətli müğənniyə
Bütün Xəbərlər
09:04 23.11.2012
2896
Rusiya dövlət Dumasının deputatı Anton Belyakov Ledi Qaqanın konsertinə yaş məhdudiyyəti qoyulmasını tələb edib. Bu barədə “Ria-Novosti”yə açıqlama verən Belyakov Qaqanın 9 dekabr Sankt Peterburqda və 12 dekabr Moskvada keçirəcəyi konsertilə əlaqədar mədəniyyət nazirliyi, Rusiya baş prokurorluğu, Moskva və Sankt Peterburq prokurorları, habelə hər iki şəhərin merinə müraciət edildiyini bildirib. Deputat, bəzi vətəndaşların ona müraciət edərək konsertin onların mənəviyyatları üçün zərərli olabiləcəyi barədə məlumat verdiyini deyib.“Konsert vaxtı müğənninin “Judas” (İuda) adlı klipinin nümayişi gözlənilir. Klipdə Qaqanın Mariya Maqdalina obrazında biri İuda, digəri İsa Məsih rolunu canlandıran aktyorlarla eyni vannada çimmə səhnəsi inananları narahat edəcək” – deyə Anton Belyakov bildirib.Rusiya qanunvericiliyinə görə klipin xristianlıq əqidəsinə təhqir kimi qəbul edilə biləcəyini deyən deputat etirazlar səbəbilə daha əvvəl Cənubi Koreyada da Ledi Qaqa konsertlərinə yaş məhdudiyyəti qoyulduğunu xatırladıb.
OXŞAR XƏBƏRLƏR