28 yaşlı Emilin qətli onun Azərbaycandakı doğmaları üçün şok olub.
Yekaterenburq yaxınlığında idmandan kənar mübahisə yaranıb. Kafedə iki kompaniya istirahət edirdi. İstintaqçılar indiyə qədər mübahisəni kimin birinci başladığını müəyyən edirlər.
Tərəflərdən hər biri günahı bir-birinin üstünə atır. Mübahisənin mərkəzində qəfil iki sağlam oğlan olub. Onlar bir-birinin üstünə qışqırırdı. Hər biri qarşı tərəfi öldürəcəyinə söz verirdi. Daha sonra mübahisə edənlərdən biri işə keçdi. Stolun üstündə olan bıçağı götürüb qarşı tərəfin ürəyinə sancdı.
O, yerindəcə dünyasını dəyişdi.
Daha sonra aydın olub ki, mübahisə iki tanınan idmançı arasında baş verib. Dünyasını dəyişmiş – Azərbaycan futbolunun ulduzu Emil Hüseynov, qarşı tərəf isə Sverdlovskun qarışıq döyüş növləri üzrə yığma komandasının üzvü Tiqran Çiçakyandır.AZXEBER.COM xəbər verir ki, oxu.az-ın məlumatına görə, bu barədə “Komsomolskaya pravda” qəzetində Rusiyada ermənilərin azərbaycanlı idmançı Emil Hüseynovun qətlə yetirməsi barədə dərc olunmuş məqalədə deyilir.
28 yaşlı Emilin qətli onun Azərbaycandakı doğmaları üçün şok olub. Onun dostları və həmkarları danışır ki, oğlan uşaqlıqdan idmana həvəs göstərib və həyətdə dostları ilə futbol oynayırdı.
Uşağın potensialını görən valideynləri onu “Gəncə” futbol klubunun məktəbinə yazdırırlar. Hüseynov dərhal peşəkar uğurlar əldə etməyə başladı və tezliklə “Neftçi” komandasının məşqçiləri onu görürlər.
“O, bizim yeniyetmələr məktəbimizdə idi. Yaxşı futbolçu idi. 2006-cı ildə bizdə oynayıb. Bizdə onu çox istəyirdilər və hörmət edirdilər. Emil yarımmüdafiəçi idi. Çox peşəkar oyunçu idi”, - “Neftçi”nin mətbuat xidmətinin rəhbəriGündüz Abbaszadə“Komsomolskaya pravda” qəzetinə danışıb.
Daha sonra Emili premyer liqada görürlər. İstedadlı futbolçu “Neftçi”dən “Karvan”a keçir və il ərzində dayaq müdafiəçisi mövqeyində oynayır.“O bizdə 2007-ci ildən oynayırdı. O zaman onun 19 yaşı vardı. O vaxt mən “Karvan”da çalışırdım. Biz Emili dəvət etdik, çünki o, böyük ümidlər verirdi. Çox istiqanlı oğlan idi. O, hətta oyun zamanı kobudluq etmirdi. Biz onun ölümünə çox təəssüflənirik. Mən bilirəm ki, əgər o, oynamağı davam etdirsəydi, ən yaxşı idmançılardan olardı”, - Azərbaycanın “Karvan” gənc yığma komandasının məşqçisi Təbriz Həsənov yada salır.
Azərbaycanda Hüseynov ölkə çempionu olmuşdu. “Karvan”dan sonra Emil “Abşeron”a keçir və klubla bir yerdə birinci Liqanın turnirində qələbə qazanır. Lakin bundan sonra parlayan futbol ulduzu hər şeyi atır. Emil gözlənilmədən karyerasına son qoyur və Yekaterenburqda yaşayan qohumlarının yanına gedir. Hüseynovun idmançı dostları bu vaxta qədər bilmirlər ki, o, bunu niyə görə edib. O, idmanı tikintidə müxtəlif işlərə dəyişdi.
Lakin bu yaxınlarda Emil vətənə qayıtmağa qərar verir. Onun atası xəstələnmişdi. Lakin vətənə qayıtmazdan əvvəl dostunun ad gününü qeyd etmək üçün kafeyə gedir.“Şənlik zamanı onlara digər kompaniya yaxınlaşır və Emil dostunun müdafiəsinə qalxır”, - Emilin tanışı Gulya danışır. O, artıq evə getmək üçün bilet də almışdır. Hüseynov səhər Azərbaycana uçmalı idi.
Hüseynovla mübahisə edən digər tanınan idmançı – 22 yaşlı Tiqran Çiçakyan idi. “Tiqran yaxşı güləşçidi”, - Çiçakyanın dostu Kirill danışır. – İki aydan sonra onun peşəkar döyüşü olacaqdı. O, uşaqlıqdan idmanla məşğul olur. O, həftədə 6 dəfə məşq edirdi.Tiqranın dostları da baş verənlərdən şokdadır. Tanışlarının sözlərinə görə, güləşçi sakit və münaqişə sevməyən biri idi. Çox güman ki, idmançılar təsadüf nəticəsində mübahisə edib. Dostları danışır ki, Çiçakyan həmin axşam mübahisə zamanı başı yarılmış qardaşının müdafiəsinə qalxıb. - Özünüzə sual verin, əgər görsəniz ki, qardaşınızı öldürürlər, onun üçün nə edərdiniz? – Tiqranın dostları deyir. Kim günahkar, kim günahsızdırsa, istintaqçılar müəyyən edəcək. Hələ ki, nəticə yoxdur.
- Kafedə gənclərdən ibarət iki kompaniya istirahət edirdi – Sverdlovsk vilayəti üzrə DİN-nin Baş idarəsindən bildirilib. – Onların arasında davaya keçən mübahisə baş verib. Qarşıdurma zamanı onlardan biri bıçaq yarası alıb və dünyasını dəyişib. Mübahisənin daha bir iştirakçısı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxs “Qətl” maddəsi ilə şübhəli bilinir.
Tiqranı 15 il həbs cəzası gözləyir. Futbolçunun meyiti isə vətəninə - Gəncəyə göndərilib.