Rusiyada futbolçu uşaqları aparan avtobus qəzaya düşüb: Yaralılardan birinin qolu qopub

Rusiyada futbolçu uşaqları aparan avtobus qəzaya düşüb: Yaralılardan birinin qolu qopub
DÜNYA
12:09 29.02.2020
3120

Rusiyanın Ulyanovsk vilayətində uşaq futbol komandasını aparan avtobus qəzaya düşüb.

REN TV-nin xəbərinə görə, qəza Ulyanovsk-Barış magistralında baş verib.

Bildirilir ki, avtobus yol kənarındakı çökəkliyə düşüb.

Bu zaman avtobusda 26 uşaq və onları müşayiət edən böyüklər olub.

Qəza zamanı üç nəfər xəsarət alıb, onlardan birinin qolu qopub.

OXŞAR XƏBƏRLƏR