Rusiyada məscid yandırıldı

Rusiyada məscid yandırıldı
DÜNYA
22:36 21.08.2025
338
Rusiyanın Başqırdıstan Respublikasının Blaqoveşensk şəhərində naməlum şəxs məscidi yandırıb.

AZXEBER.COM bu barədə "Baza" "Telegram" kanalına istinadla xəbər verir.

Şahidlərin bildirdiyinə görə, gənc oğlan içərisində yandırıcı qarışıq olan butulkanı məscidin girişinə yaxın yerə atıb.

Yanğının sahəsi 10 kvadratmetr olub, o söndürülüb.

Yanğın törətdiyi iddia edilən şəxs qaçıb.
OXŞAR XƏBƏRLƏR