Rusiyada nümayişlərlə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
Bütün Xəbərlər
14:01 10.12.2011
1108
Rusiyada dekabrın 4-də keçirilən parlament seçkisinin nəticəsinə etiraz olaraq bu gün "Ədalətli seçki naminə" şüarı altında çağrılmış nümayişlərlə əlaqədar Moskva rəhbərliyi iki əsas ərazidə - İnqilab və Bolotnaya meydanlarında təhlükəsizlik tədbirlərini gücləndirib. Moskva polisinin verdiyi məlumata görə, paytaxtda qayda-qanunun mühafizəsinə 50 minədək polis əməkdaşı və daxili işlər nazrliyinin hərbçiləri cəlb olunub. Polis əməkdaşları bu səhərdən İnqilab meydanında maneələr qurub.