Rusiyada polis azərbaycanlıları güllələdi

Rusiyada polis azərbaycanlıları güllələdi
Bütün Xəbərlər
10:55 15.04.2013
1213
Rusiyada azərbaycanlı güllələnib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə şənbə günü saat 23:55-də İjevsk şəhərinin "Pervomayski" rayonunun Lenin küçəsində baş verib.İlkin məlumata görə, polis binanın girişində səs-küy və söyüşlər eşidərək, mənzilindən çıxıb. Orada mübahisə edən Azərbaycan vətəndaşı olan qonşularını görüb.Qonşular polisin xəbərdarlığına məhəl qoymayıblar, əksinə mübahisə edənlər daha da qızışaraq, polisin üstünə gediblər. Nəticədə polis travmatik silahdan atəş açıb. Hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR