Rusiyada qafqazlıların iştirakı ilə kütləvi dava olub

Rusiyada qafqazlıların iştirakı ilə kütləvi dava olub
Bütün Xəbərlər
09:12 20.02.2013
983

Rusiyanın Sankt-Peterburq şəhərində fevralın 19-da kütləvi dava baş verib, polis 15 nəfəri saxlayıb.Münaqişə saat 19.30 radələrində Dimitrov küçəsindəki “Çistıye prudı” kafesində qeydə alınıb. İlkin məlumata görə qarşıdurmada 20 nəfər iştirak edib.

“Dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə yerində bıçaq, 2 travmatik tapança, beysbol ağacı və ov tüfənginin gilizləri aşkarlanıb. Polislər “isti izlərlə” davanın ehtimal olunan 15 iştirakçısını saxlayıb”, deyə polisin məlumatında bildirilir.

Hal-hazırda qeyd olunan insidentdə milli zəminin olmadığı müəyyənləşib. Dava iştirakçılarının hamısının Cənubi Qafqaz respublikalarının birinin nümayəndələri olduğu bildirilir. Ərazidə ictimai asayişin təmin olunması üçün əlavə polis qüvvələri cəlb olunub. //APA

OXŞAR XƏBƏRLƏR