Rusiya dünən bir sıra ölkələrdə tətbiq olunan qış saatına keçmədi.
Bu ölkənin yaz saatında qalaraq, saatları geri çəkməyəcəyini mart ayında prezident Dimitri Medvedev açıqlamışdı. Buna əsasən Rusiyada saatlarda heç bir dəyişiklik edilməyib.
Səbəb olaraq rusların saat dəyişərkən stress yaşadıqları göstərilir. Araşdırmalara görə, Rusiyada saat dəyişilən dövrlərdə intiharların sayı kəskin şəkildə artır.