Tümen yaxınlığında təyyarə qəzaya uğrayıb.
Nəticədə ən azı 16 nəfər həlak olub. Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, qəzadan 17 nəfər sağ çıxıb. Nazirliyin 3 təyyarəsi axtarış-xilasetmə işləri üçün Moskvadan hadisənin baş verdiyi əraziyə göndərilib. Qəzaya uğrayan «YUTeyr» aviaşirkətinə məxsus iki mühərrikli «ATR-72» sərnişin təyyarəsidir. O, 74-dək sərnişin üçün nəzərdə tutulub. Qəzanın səbəbi açıqlanmır. (milli.az)