Rusiyada xalq meydanlara axışdı: 300 nəfər həbs olundu
Bütün Xəbərlər
12:42 06.12.2011
1401
Rusiyanın paytaxtı Moskvada parlament seçkisi ilə bağlı etirazlar davam edir. Ötən gün axşam minlərlə etirazçı Moskva küçələrinə axışıb. Etirazçılar Rusiyanın baş naziri Vladimir Putinin Vahid Rusiya Partiyasını seçkini saxtalaşdırmaqda və səsləri oğurlamaqda günahlandırıblar. Onlar "Putinsiz Rusiya" şüarları səsləndirərək baş nazirin vəzifədən getməsini tələb ediblər. Yüzlərlə etirazçı Kremlin yaxınlığında yerləşən Mərkəzi Seçki Komissiyasına tərəf yürüş etməyə çalışsa da, polis yürüşün qarşısını alıb. Etirazlarda iştirak edən 300-ə yaxın fəal həbs edilib.