Rusiyada xərçəngə qarşı ilk peyvənd başladı

Rusiyada xərçəngə qarşı ilk peyvənd başladı
SOSİAL
10:05 03.08.2025
502
Rusiya xərçəngə qarşı ilk peyvəndə başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya mətbuatına Qamaleeya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru, akademik Aleksandr Gintsburq məlumat verib.

Gintsburqun sözlərinə görə, Rusiyanın Səhiyyə Nazirliyi ilə razılaşdırılmış plana əsasən, neoantigenlərə əsaslanan xərçəng əleyhinə peyvənd ilkin mərhələdə melanoma (dəri xərçəngi) diaqnozu qoyulmuş məhdud sayda xəstələr üzərində sınaqdan keçiriləcək:

"Yaxın aylarda bu eksperimental vaksinoloji yanaşmanın tətbiqinə başlayacağıq. Hazırda yalnız istehsal mərhələsindəyik. Peyvəndləri biz hazırlayırıq, amma onları Herzen adına Onkologiya İnstitutuna və Bloxin adına Onkologiya Elmi Mərkəzinə çatdıracağıq".

Qeyd edilir ki, bu yeni peyvənd şəxsi immun cavab əsasında hazırlanır və hər bir xəstənin genetik xüsusiyyətlərinə uyğun olaraq fərdiləşdirilir. Yəni bu, klassik universal vaksinlərdən fərqli olaraq, xüsusi "neoantigenlərə" əsaslanan fərdi yanaşma ilə yaradılıb.

Akademik Gintsburq onu da əlavə edib ki, bu yanaşma təkcə Rusiyada deyil, beynəlxalq elmi dairələrdə də ciddi maraq doğurub:

"Biz bu mövzu ilə bağlı onlarla məktub almışıq - müxtəlif ölkələrdən olan onkoloqlar və tədqiqatçılar layihə ilə maraqlanırlar. Bu da göstərir ki, yeni vaksinin tətbiqi gələcəkdə beynəlxalq miqyasda genişlənə bilər".

Xatırladaq ki, Qamaleeya Mərkəzi koronavirus pandemiyası zamanı "Sputnik V" vaksinini hazırlayan əsas elmi müəssisə olub və indi onkologiyada peyvənd yanaşması üzərində işləyir. Ekspertlər bu təşəbbüsün uğur qazanacağı təqdirdə, onkoloji xəstəliklərlə mübarizədə yeni bir mərhələnin başlaya biləcəyini bildirirlər.
 
///Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY