Rusiyadan deportasiya olunarkən qaçan azərbaycanlı tutulub

Rusiyadan deportasiya olunarkən qaçan azərbaycanlı tutulub
Bütün Xəbərlər
10:55 13.09.2013
1227

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Novosibirsk vilayəti üzrə sərhəd idarəsinin əməkdaşları 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Vüsal Azadovu saxlayıb.

V.Azadov Azərbaycana deportasiya olunarkən qaçmağa cəhd edib.

Krasnoyarsk diyarında müvəqqəti yaşayan V.Azadov bir sıra inzibati xətalara yol verib. Bu ilin iyun ayında Krasnoyarsk məhkəməsi onu Rusiyadan deportasiya etməklə inzibati məsuliyyətə cəlb edib. Avqustda o, Bakıya göndərilmək üçün hava limanına gətirilib, lakin tanışlarının köməyi ilə qaçaraq gizlənib.

Dərhal axtarışlarına başlanan V.Azadov elə öz soydaşlarının verdiyi informasiya əsasında yenidən saxlanılıb və Azərbaycana deportasiya edilib.//apa

OXŞAR XƏBƏRLƏR