Rusiyada Telegram və Google platformalarına qadağan olunmuş məzmunları silmədikləri üçün ümumilikdə 26 milyon rubl (təxminən 313 min dollar) məbləğində cərimə tətbiq edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi Telegram və Google-a qarşı açılan işlərə baxaraq qərar qəbul edib.
Məhkəmə platformalarda qanunla qadağan olunan məzmunların silinməməsini qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirib.
Qərara əsasən, Telegram 18,4 milyon rubl, Google isə 7,6 milyon rubl cərimə ödəməlidir.
Qeyd edək ki, Rusiyada daha əvvəl də Google və Telegramla yanaşı, Instagram, YouTube, X və TikTok kimi xarici internet platformalarına qadağan olunmuş məzmunların silinməməsi və ölkənin qanuni tələblərinə əməl edilməməsi səbəbilə müxtəlif məbləğlərdə cərimələr tətbiq olunub.
Bundan əlavə, Rusiyada Telegram-a giriş məhdudiyyəti də qüvvədədir.
Gülay









































