xari

Rusiyalı ekspert: "İlham Əliyev Azərbaycanın məsuliyyətli, sivil obrazını yaratdı"

SİYASƏT
20:59 02.03.2021
556
"Prezident İlham Əliyevin mətbuat konfransı təkcə media ilə söhbət etmək istəyindən doğmadı. Bu, dəqiq plan üzərində qurulmuş məlumat əməliyyatı oldu”.

Bunu Rusiyanın "Kommersant” Nəşriyyat Evinin xarici siyasət şöbəsinin müdiri, ekspert Aleksey Naumov Prezident İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransını şərh edərkən bildirib.

"Əvvəla, Prezident azad olunmuş torpaqlarda geniş iqtisadi bərpa işləri proqramına başlandığından danışdı. Azərbaycan torpaqlarını hərtərəfli bərpa edən xilaskar ölkə olduğunu göstərmək istəyir. Bununla yanaşı, yeni Azərbaycan ətrafında diplomatik tellərini səriştəli qurmağa çalışan Prezident Əliyev İran, Türkiyə, Rusiya ilə dost olduqlarına işarə vurub. Bu ölkələrə həm şifahi, həm də iqtisadi güzəştlər verilir. Prezidentin dediyi kimi, Azərbaycan ərazi bütövlüyünün bərpasında həmin ölkələrin töhfəsini dəyərləndirir. Həmçinin münaqişədən sonrakı dövrdə informasiya işlərinə də xüsusi diqqət yetirilir”, - deyən rusiyalı ekspert ermənilərə qarşı hər hansı iddiaların olmaması, Qarabağda yaşa biləcəkləri barədə Prezident İlham Əliyevin dediklərinin həyata keçiriləcəyinə ümidvar olduğunu da bildirib.

"İşlərin daha bir istiqaməti kimi Prezident Əliyev münaqişənin sülhməramlılar vasitəsilə həll etməyin sonrakı dövrdə ən əlverişli çözüm variantı olduğunu Azərbaycan xalqına izah etməyə çalışıb. Çünki bu problemin həlli üçün həm Ermənistan, həm də Azərbaycan tərəfindəki radikalların təhlükə yaratdıqlarını hamımız başa düşürük. Sülhməramlılar olmasa, humanitar fəlakət baş verərdi”, - deyən ekspertin qənaətincə, hazırda Azərbaycanın informasiya siyasəti beynəlxalq aləmdə yetərincə təmsil olunmayıb.

Belə ki, ölkə Prezidenti də mətbuat konfransında bir sıra mühüm məsələlərə dair mövqelərini çatdırmaq üçün incə üsullardan istifadə edib: "Ermənistan məğlub tərəf olduğu üçün bu ölkənin taleyi daha çox xarici ictimaiyyəti narahat edir. Əliyev də erməni əhalisinə qarşı hər hansı iddialarının olmadığını deyib. Bu mətbuat konfransının məqsədi xarici mediada anti-Azərbaycan meyllərini zərərsizləşdirməkdir. Hərtərəfli hazırlanmış, düzgün qurulmuş bu tədbir zamanı hətta Azərbaycan rəhbərliyinə o qədər də xoş gəlməyən suallar belə səsləndirildi”.

Azərbaycanlılarla ermənilər arasında tezliklə barışıq olacağını təsəvvür etməyin çətin olduğunu qeyd edən ekspert Əliyevin daha yaxşı gələcək qurmağa çalışan siyasətçi olduğunu bildirib: "Ermənilərlə azərbaycanlıların birgə yaşaması nə qədər xam xəyal olsa da, bunun nəcib və hamı üçün sərfəli məram olduğu unudulmamalıdır. Yaxşı ki, Prezident İlham Əliyev bu hədəfi açıqladı”.

"Əminəm ki, Ermənistandakı müxalifət qruplarının heç biri Qarabağdakı mövcud vəziyyəti ciddi-cəhdlə dəyişdirmək niyyətinə düşəcək qədər xam və dayaz düşüncəli deyil”, - o deyib.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:34 19.04.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

16:32 19.04.2021

Daha bir qazi və şəhid anası əməliyyat olundu - FOTO

16:29 19.04.2021

Başına 25 tikiş qoyulan qapıçımız: “Ayılanda üzüm qan içində idi”

16:14 19.04.2021

Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırıldı

16:04 19.04.2021

Elza Seyidcahanın yeni "şeiri": "Mal təzəyini divarlara yapanam"

15:56 19.04.2021

Koronavirus Ermənistan səhiyyəsini diz çökdürdü: Çarpayı ehtiyatı tamamilə tükəndi

15:55 19.04.2021

Prezident İlham Əliyev görülən işlərlə maraqlandı: "Qarabağda işlər necə gedir?"

15:41 19.04.2021

Bu ölkədə maska rejimi ləğv edildi: İnsanlar çimərliyə axışdı - VİDEO

15:39 19.04.2021

“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

15:37 19.04.2021

Prezident Bakıda Nizami parkının abadlaşdırılmasına 5 milyon manat ayırdı

15:23 19.04.2021

İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO

15:21 19.04.2021

Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"

14:59 19.04.2021

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

14:54 19.04.2021

Kraliça Elizabetin sirrli çantasında nələr var imiş?

14:43 19.04.2021

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

14:35 19.04.2021

Abel Məhərrəmov oğlunun geri çağırılmasından danışdı: "Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz"