xari

Rusiyalı modelin Ramazan ayı ilə bağlı paylaşımı müzakirələrə səbəb oldu - FOTO

MAQAZİN
14:35 16.04.2021
1825
Rusiyalı tanınmış model Anastasiya Reşetova Ramazan ayı ilə bağlı "İnstagram" səhifəsində paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, rusiyalı model sosial şəbəkə hesabında hicablı fotosunu paylaşaraq müsəlmanları Ramazan ayının daxil olması münasibətilə təbrik edib.

O, paylaşımında bütün tutulan orucların qəbul olunmasını diləyib.

Qeyd edək ki, rusiyalı modelin Ramazan ayı ilə bağlı paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 

 


OXŞAR XƏBƏRLƏR