APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarındakə mənbələr məlumat verib.
Gənclərdən ibarət böyük bir kütlə Solneçnoqorskda bir neçə qafqazlını və Asiya görkəmli şəxsləri döyüb, şəhərin küçələrindən keçməklə milliyyətçi şüarlar səsləndirib. Hadisə yerində olan milis gəcləri dağılışmağa çağırsa da, məqsədinə nail ola bilməyib.
Bundan başqa, Zelenoqrad şəhərində iğtişaşların qarşısını almaq məqsədilə 15 nəfər saxlanılıb.
Moskva vilayəti Daxili İşlər İdarəsinin nümayəndəsi Yevgeni Gildeyev bildirib ki, Solneçnoqorskda hazırlanan iğtişaşlar barədə əvvəlcədən məlumatlı olduqlarını və ora əlavə milis qüvvələri göndərildiyini bildirib. Onun sözlərinə görə, şəhərdə vəziyyət nəzarət altındadır və heç bir iğtişaş qeydə alınmayıb.