Bu gün Rusiyanın baş naziri Dmitri Medvedevin doğum günüdür. Onun 47 yaşı tamam olur.
AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu günə heç bir irimiqyaslı tədbir planlaşdırılmır və Rusiyanın hökumət başçısı gününü iş başında keçirəcək. Artıq 10 ildir ki, Dmitri Medvedev ad günlərini iş başında qeyd edir. Onun özü etiraf edib ki, əlamətdar günləri ən yaxın dostları ilə qeyd etməyə üstünlük verir.
Rusiyanın 47 yaşlı baş naziri dünyanın ən gənc liderlərindən biridir. O, hökuməti də gəncləşdirməyə çalışıb. Rusiyanın ən gənc nazirinin 30 yaşı hələ tamam deyil. MDB ölkələrinin bütün prezidentləri Dmitri Medvedevdən yaşlıdırlar. “Böyük səkkizlik” və “Böyük iyirmilik”də isə yalnız Böyük Britaniyanın baş naziri Devid Kemeron Dmitri Medvedevdən bir yaş kiçikdir.
Ötən bir il ərzində Dmitri Medevedevin həyatında əlamətdar hadisələrin sayı az olmayıb. O, iş yerini dəyişib və dövlət başçısı postunu Vladimir Putinə güzəştə gedib. Kremldən Ağ evə köçən Dmitri Medvedev ölkənin iqtisadi inkişafı məsələləri ilə məşğul olur. Bu, Dmitri Medvedev üçün yenilik deyil. O, prezidentlikdən əvvəl səkkiz il “Qazprom”un Direktorlar Şurasına rəhbərlik edib, 2005-2008-ci illərdə isə hökumətdə işləyib.
Dmitri Medvedevin ailə həyatında da son bir il ərzində vacib hadisələr baş verib. Onun oğlu İlya loğa məktəbi bitirib və Moskva Dövlət Beyəlxalq Münasibətlər İnstitutuna daxil olub.
Heç bir ad günü hədiyyəsiz olmur. Vladimir Putinin köhnə silahdaşına töhfəzi var. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı Dmitri Medvedevi telefonla təbrik edəcək. Çünki Vladimir Putin Soçidə, Dmitri Medvedev isə Moskvadadır.
Dmitri Medvedev özü etiraf edib ki, onun ən sevdiyi hədiyyə plastinkadır.