Rusiyanın Ukraynaya qarşı əsas tələbləri açıqlandı

Rusiyanın Ukraynaya qarşı əsas tələbləri açıqlandı
DÜNYA
23:24 21.08.2025
437
Rusiyanın Ukraynaya qarşı əsas tələbləri Kiyevin Donbasdan, NATO-ya üzv olmaqdan imtina etməsi, neytrallığı qoruması və ölkədə Qərb qoşunlarının olmamasıdır.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

İddia edilir ki, Moskva Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda Ukraynaya qarşı irəli sürdüyü ərazi tələblərinə münasibətdə güzəştə gedib. Həmin tələblərə əsasən, Kiyev Donbası təşkil edən Donetsk və Luqanskı, eləcə də Xerson və Zaporojye bölgələrini verməli idi.

Rusiya prezidenti yeni təklifində Ukraynanın Donbasda hələ də nəzarətində olan ərazilərdən qoşunlarını tamamilə çıxarması tələbinə sadiqdir. Bununla belə, Moskvanın öz növbəsində, Zaporojye və Xersonda hazırkı cəbhə xəttini saxlamağa hazır olduğu iddia edilir.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR