AZXEBER.COM xəbər portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, onun zənnincə, təhlükə daha çox Qafqazdan yox, millətçilərdən gəlir.
Bu arada müsəlman xadimlər arasında habelə bildirilir ki, hakimiyyət millətçilik təhlükəsini dərk edir və indi bu hala qarşı real mübarizə artıq başlayıb.
Ravil Qaynutdin bildirib ki, hazırda ölkənin vahidliyi üçün daha böyük təhlükə Qafqazdan yox, Moskvadan gəlir.
O Moskvadan ki, deyir müfti, orada Kreml hasarları yanında minlərlə iğtişaşçı yığılıb nasist işarələri altında "Rədd olsun Qafqaz" şuarları çığırırlar.
Ravil Qaynutdin habelə deyib ki, "müsəlmanlar həm Qafqazdakı terrorçuların birinci hədəfidir, həm də Rusiya şəhərlərində birinci hədəfdir.
Onun sözlərin görə, Qafqazda ilk növbədə müsəlman milis nəfərlərini, imamları, muftiləri, Rusiya şəhərlərində isə müsəlman bölgələrdən gəlmə miqrantları öldürürlər.
Bu arada müsəlman xadimləri arasında həmçinin o da qeyd olunur ki, problemi ölkə rəhbərliyi də görür və adekvat reaksiya göstərməyə çalışır.
Rusiyanın Asiya hissəsi müsəlmanlarının baş muftisi Nafiqulla Aşirov:
"Bu gün millətçi və faşist qrupplaşmaları var ki, onlar miqrantlara pis münasibət bəsləyir, miqrantlar döyülür, öldürülür. Biz rəsmilərlə təmaslarımızda məsələni qaldıranda onlar problemlərin olmasını qəbul edirlər və özləri deyirlər ki, muqrantlar olmasa Rusiya iqtisadiyyatı ziyan çəkə bilər. Eyni zamanda ölkədə böyük sayda müsəlman miqrantların axınından ehtiyyatlananlar da var, onlara görə, bu Rusiya üçün zəzərlidir. Hazırda hakimiyyət millətçilik problemini dərk edir, və, məncə, burada müsbət məqamlar da sezilir. Hakimiyyət problemin cilovlanması üçün tədbirlər görməyə başlayıb, millətçi qrupplaşmalar hüquqi məsuliyyətə cəlb olunur", deyir cənab Aşirov.
Rusiya rəhbərliyi milli dini zəmində hücumları son dərəcə təhlükəli hal kimi göstərməklə və buna qarşı mübarizənin çox ciddi olacağını bəyan etməklə yanaşı bəyan edir ki, miqrantlar da özlərini normal aparmalıdırlar.
Onlar yeni yaşayış yerindəki mədəni, əxlaqi, hüquqi qaydalara hörmətlə yanaşmalı və onlara riayət etməlidirlər.