Rusiyaya türk parçası aparan Azərbaycan vətəndaşı saxlanılıb

DÜNYA
11:59 30.01.2016
1258

Soçi Beynəlxalq Hava Limanının gömrük postunda baxış zamanı Azərbaycan vətəndaşı saxlanılıb.

İstanbul - Soçi aviareysi ilə uçan sərnişin Rusiya ərazisinə qanunsuz mal keçirmək istəyib.

Onun üzərində olan iki çemodanda 1154 çeşid parça aşkar edilib.

Parça nümunələri başqasının əmtəə nişanından qanunsuz istifadə şübhəsi ilə götürülərək gömrük ekspertizasına göndərilib. Nəticə göstərib ki, parça yarlıqları üzərində göstərilən işarələr "GARDEN" əmtəə nişanı ilə eynidir. Beləliklə, mal qaçaqmal hesab olunub və ona həbs qoyulub.

Soçinin Gömrük İdarəsindən verilən məlumata görə, qanun pozucusuna qarşı üç cinayət işi açılıb: mal haqqında bəyanat verməmək, başqasının əmtəə nişanından qanunsuz istifadə və müəyyən edilən qadağa və məhdudiyyətlərə əməl etməmə. İş məhkəməyə göndərilib.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR