Rusiyada içərisində 25 nəfər olan Mi-8 helikopteri qəzaya uğrayıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, vertolyot Krasnoyarsk əyalətini Turuxanski rayonunda qəzalı eniş edib. İlkin məlumata görə, qəzada on iki nəfər ölüb. Ölənlər arasında sərnişinlər və ekipaj üzvləri də var.