Ruslan Bəşirlinin atası: 'Ailəsi, nişanlısı onu gözləyir'
Bütün Xəbərlər
23:34 14.03.2012
1461
“Oğlumun prezidentə müraciəti ilə bağlı xəbərləri təkzib edən bəzi mətbuat orqanlarının bu addımı təxribat xarakteri daşıyır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında "Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin atası Cəlil Bəşirli deyib. O bildirib ki, bəzi mətbuat orqanları R. Bəşirlinin belə bir müraciət etmədiyini yazsalar da bunun heç bir fundamental əsası yoxdur. C. Bəşirli oğlu ilə əlaqə saxladığını və məlumatın həqiqəti əks etdirdiyini deyib.