Rusiyada prezident seçkiləri yekunlaşıb. AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq seçkidə ilk saxtakarlıq hallları lentə alının. Qeyd edək ki, dövlət başçısı vəzifəsi uğrunda 5 namizəd - "Vahid Rusiya" partiyasından Vladimir Putin, RF Kommunist Partiyasının sədri Gennadi Züqanov, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və müstəqil namizəd Mixail Proxorov mübarizə aparır.