Rüstəm İbrahimbəyov Avropaya gedir

Rüstəm İbrahimbəyov Avropaya gedir
Bütün Xəbərlər
12:15 20.07.2013
1087

Milli Şuranın sədri, müxalifət koalisiyyasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Avropaya yola düşür. Kinodramaturq seçkiöncəsi Avropada yaşayan azərbaycanlılarla silsilə görüşlər keçirəcək. Belə görüşlərdən biri Almaniyada baş tutacaq.

AZXEBER.COM Modern.az-a istinadən verdiyi məlumata görə, Milli Şura sədri iyulun 23-də Almaniyada yaşayan soydaşlarımızla görüş keçirəcək. Bu barədə gənc bloqqer Emin Milli məlumat verib. Bildirilib ki, tədbirin iyulun 23-də saat 18.00 - 20.00-da Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutlub. Görüşdə qarşısdan gələn prezident seçkiləri, Milli Şuranın seçki strategiyası ətrafında R.İbrahimbəyov mühacirətdə olan azərbaycanlılara məlumat verəcək.

Səfərin əsas mahiyyəti Azərbaycanda kənarda yaşayan həmyerlilərimizdən Milli Şuraya dəstək almaqdır.

OXŞAR XƏBƏRLƏR