‘Rüstəm İbrahimbəyov Qarabağ torpağının Azərbaycanın olduğuna şübhə ilə yanaşır’

‘Rüstəm İbrahimbəyov Qarabağ torpağının Azərbaycanın olduğuna şübhə ilə yanaşır’
Bütün Xəbərlər
14:18 10.04.2013
1294

“Azərbaycan vətəndaşlarının hər biri Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə və təfəkkürünə görə ona nifrət etməlidir”. AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, icra katibi Əli Əhmədov deyib. "Özünü azərbaycanlı ziyalı adlandıran Rüstəm İbrahimbəyov Qarabağ torpağının Azərbaycanın olduğuna şübhə ilə yanaşır. Belə hesab edirəm ki, bu, Azərbaycanın milli maraqlarına, Qarabağ savaşına vurulan çox ciddi bir zərbədir", Əhmədov Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyinə müsahibəsini şərh edərkən bildirib. YAP rəsmisi çox təəssüf hissi ilə qeyd edib ki, belə bir adam öz ətrafına digər ziyalıları toplayıb siyasi proseslərə qoşulmaq niyyətindədir. "Belə çıxır ki, siyasi iddialarını ortaya qoyan bir adam Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmasına şübhə ilə yanaşırsa, onun siyasi strategiyası da, siyasi məfkurəsi də yalnız bu prinsiplər əsasında formalaşacaq. Mən bunu qətiyyətlə pisləyirəm. Bunu Azərbaycan mövqelərinin ermənilər qarşısında satılması hesab edirəm". Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti, hər bir Azərbaycan vətəndaşı Rüstəm İbrahimbəyovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibətini bildirməlidir. "Mən düşünmürəm ki, Azərbaycanda elə bir vətənpərvər tapılsın ki, o desin ki, Dağlıq Qarabağ ermənilərindir. Dağlıq Qarabağ problemi ilə əlaqədar hər bir vətənpərvər azərbaycanlı üçün Azərbaycanın maraqlarına bundan artıq zərbə vuracaq bir fikir təsəvvür etmək mümkün deyil. Ermənilər Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın vəziyyətdədir. 20 ildən artıqdır ki, azərbaycanlı qaçqınlar ağır vəziyyətdə yaşayırlar. Azərbaycan hökuməti bu problemi həll etmək üçün böyük səylər göstərir. Sübut etməyə çalışırıq və nail oluruq ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycan torpağı olmadığını ermənilərdən savayı kimsə qəbul etmir. Dağlıq Qarabağın Azərbaycan torpağı olmasına dünyada kimsə şübhə ilə yanaşmır. Bütün dünya bu gün Dağlıq Qarabaq probemini həll etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin üzərində düşünür". Qeyd edək ki, Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyində müsahibəsi dərc olunub. İbrahimbəyov müsahibədə SSRİ-nin dağılmasından təəssüfləndiyini bildirib. O, qeyd edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi