Rüstəm İbrahimbəyovun erməni xiffəti

Rüstəm İbrahimbəyovun erməni xiffəti
Bütün Xəbərlər
18:09 10.07.2013
1932
Hacıbəy HeydərliMilli Şuranın sədri, müxalifətin “vahid namizəd”i Rüstəm İbrahimbəyov Rusiyanın “Kavkazskaya politika” saytına müsahibə verib.

Rüstəm bəyin müsahibəsi o qədər uzun olub ki, hətta ən radikal müxalif qəzetlər belə yazını ixtisarla verib. Azərbaycan oxucusuna ixtisarla təqdim olunan müsahibə rus auditoriyasına ümumiyyətlə maraqlı olmayıb. Saytda müsahibənin oxunma sayına baxsaq görərik ki, Rüstəm bəy Rusiyada heç min nəfər üçün də maraqlı deyil.Yəqin ki, bu qəzetin rəhbərliyi də İbrahimbəyovun köhnə dostlarındandır və onun müsahibə xahişini yerə salmağa üzləri olmayıb və saytlarında ona yer ayırıblar. Çox uzatmadan keçək İbrahimbəyovun müsahibəsinə.Azərbaycan müxalifətinin 73 yaşlı lideri ilk olaraq Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyət illərindən danışır və qeyd edir ki, onlar ölkəni idarə edə bilmirdi, amma onun AXC höküməti ilə çox yaxşı münasibəti var idi. Əslində, bu sözlər onu göstərir ki, Rüstəm bəy üçün hər şeydən üstün şəxsi maraqları, ambisiyalarıdır.Yəni hakimiyyətdəkilər onunla dost olsun kifayətdir. Əgər belə olmasaydı İbrahimbəyov 1992-93-cü illərdə ölkədə yaranan iqtisadi böhrandan, siyasi gərginlikdən danışardı. Rüstəm bəy o zamanki hakimiyyətlə münasibətləri yaxşı olduğuna görə, ölkənin parçalanma təhlükəsi haqda bir cümlə də işlətməyib və bu gün də həmin şəxslərlə eyni cəbhədə təmsil olunur, hətta həmin adamlara ağsaqqallıq etməkdən də çəkinmir.Rejissor daha sonra Bakı haqda danışır və qeyd edir ki, Bakının panoraması tam pozulub və buna səbəb Bakıya əyalətlərdən gələn 2 milyon adamdır.Bu yerdə Rüstəm İbrahimbəyova xatırlatmaq lazımdır ki, bu 2 milyon insandan 1 milyonu məcburi köçkündür, onun dost dediyi ermənilər tərəfindən öz doğma torpaqlarından qovulub.Bakıdakı demoqrafik partlayış təhlükəsindən danışan Rüstəm bəy görəsən həmin o 1 milyon insanın hüquqlarından niyə danışmır?Çünki bu İbrahimbəyova sərf etmir, o hər kəlməsini deyəndə yalnız Rusiyadakı başbilənlərini düşünür, onlara yaxşı görünməyə çalışır.Milli Şura sədri deyir ki, “prezident olsam cəmi 2 illik olacam, sonra parlament seçkisi keçirib hakimiyyəti parlamentə verəcəm”.Əslində, bu Rüstəm bəyin xəyallarının məhsuludur və belə bir şey heç bir zaman ola bilməz. Çünki ağlı başında olan adam Rüstəm İbrahimbəyovu ən yaxşı halda rejissor kimi qəbul edər, onun siyasətçi, prezident ola bilməyəcəyini qardaşı Maqsud İbrahimbəyov da dəfələrlə dilə gətirib.Ancaq madam ki, İbrahimbəyov belə bir şey xəyal edir, ona təklif edərdim ki, “youtube”yə daxil olub, indiki silahdaşlarının 1992-93 illərdə parlamentdə çıxartdığı oyunlara bir daha baxsın. Əslində, bütün günü “skype”də olan insan üçün “youtube”yə girib, belə videolara baxması çətin olmamalıdır.Müsahibəyə nəzər yetirəndə aydın olur ki, müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyov “Kavkazskaya politika” saytına müsahibəsini Azərbaycan xalqına deyil, ermənilərə yaxşı görünmək üçün verib. Aşağıdakı sözlər də bunu bir daha sübut edir:“Biz Qarabağı verməməliyik, amma ermənilərə demokratiya, azərbaycanlılarla eyni hüquqlar, korrupsiyaya qarşı mübarizə təminatı verməliyik. İş orasındadır ki, Qarabağ təkcə torpaq deyil. Qarabağ eyni zamanda regionun erməni əhalisi deməkdir. Və biz bu torpağı erməni əhalisi ilə birgə qaytara bilərik. Ona görə biz Qarabağın erməni əhalisini dediklərimə inandırmalıyıq. Ermənilər ağıllı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi anlayacaqlar”.Görəsən, İbrahimbəyov nəyi düşünüb, ermənilərə ağıllı və anlayışlı xalq deyir. Hər müsahibəsində “mən güclü siyasətçi deyiləm” deyərək məsuliyyətdən yayınmaq istəyən Rüstəm bəyə xatırlatmaq istərdik ki, ölkənin tarixini bilməyən insana nəinki siyasətdə, heç cəmiyyətdə də yer yoxdur.Rüstəm İbrahimbəyova xatırlamaq lazımdır ki, ermənilər heç bir zaman bizi yaxşı anlaya və başa düşə bilməzlər.Çünki onların 1 milyondan çox qaçqını, 20%-dən çox işğal olunmuş torpağı, soyqırımında öldürülən minlərlə vətəndaşı və ən nəhayət Rüstəm İbrahimbəyov kimi öz xalqını aşağılayıb, düşməni göylərə qaldıran müxalifət lideri yoxdur .

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb