Azərbaycanda yeni xəbər saytı yaradılır. AZXEBER.COM-un məlumatına görə, sayt Rusiya höküməti tərəfindən maliyyələşdiriləcək. Artıq bununla bağlı Moskvada yaradılan, sıralarında azərbaycanlı milyarder-oliqarxların bir qrupunu birləşdirən və Kremlin “anti-Bakı layihəsi” kimi qarşılanan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) ilə Kreml arasında razılaşma əldə olunub. Bu haqda AZXEBER.COM-a məlumat verən mənbə bildirib ki, saytın yaradılması bu il Azərbaycanda keçiriləcək prezident seçkiləriylə bağlıdır. Saytın “Milyarderlər İttifaqı”na xidmət edəcəyi gözlənilir.
Yeni yaradılacaq saytla bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, saytın baş redaktoru Rüstəm ibrahimbəyovun oğlu Fuad İbrahimbəyov olacaq. Onu da qeyd edək ki, yeni yaradılacaq sayt rus dilində fəaliyyət göstərəcək.