Rüstəm Orucov: "Püşkün nəticəsi də yaxşı olmadı"

İDMAN
11:42 27.07.2021
965
"Medalsız qaldım. Medal qazanmağı hamıdan çox mən istəyirdim. Püşkün nəticəsi də yaxşı olmadı".

Bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

Bayraqdar əsas gücünü 1/4 finalda yaponiyalı olimpiya çempionu Şohei Ono ilə görüşdə itirdiyini bildirib: "Ono ilə qarşılaşmadan sonra bərpa oluna bilmədim ki, axıra kimi gedim və üçüncü yeri tutum. Beşinci oldum. Nə deyəcəyimi bilmirəm. Qismət belə imiş. İnanın mənə, nə olacağını, necə olacağını bilmirəm".
 
///Report

OXŞAR XƏBƏRLƏR