Rüstəm Usubov Nabranda istirahət mərkəzindəki faciədən danışdı

Rüstəm Usubov Nabranda istirahət mərkəzindəki faciədən danışdı
Bütün Xəbərlər
11:55 31.07.2013
1710
“Azyaşlı İmran Cəfərzadənin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı başlanan cinayət işinin araşdırılması üçün yüksək səviyyəli ekspertiza qrupu formalaşdırılıb”. APA-nın məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.
R. Usubov bildirib ki, işin ağırlığını nəzərə alaraq, cinayət işinin aparılması Xaçmaz rayon Prokurorluğundan alınaraq, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinə verilib.
Baş prokurorun birinci müavini əlavə edib ki, bu işlə bağlı artıq bir neçə ekspertiza hərəkəti təyin edilib: “Nabrandakı turizm obyektində baş verən hadisə ilə bağlı dərhal cinayət işi qaldırılıb. Çoxlu sayda mütəxəssis cinayət hadisəsinin araşdırılmasına dəvət edilib. Artıq 3 nəfər saxlanılıb”.
OXŞAR XƏBƏRLƏR