Rüşvət alan yol polisi sosial şəbəkədə biabır oldu - VİDEO

Rüşvət alan yol polisi sosial şəbəkədə biabır oldu -  VİDEO
Bütün Xəbərlər
15:22 29.04.2014
2502
 Sosial şəbəkələrdə yenidən yol polisinin rüşvət alması ilə bağlı video paylaşılıb
Sosial şəbəkələrdə yenidən yol polisinin rüşvət alması ilə bağlı video paylaşılıb. ANS PRESS-in məlumatına görə, həmin video “Facebook” sosial şəbəkəsində paylaşılıb.
Videodan görünür ki, yol polisi sürücünü saxlayıb. O, sürücüdən pul alaraq cibinə qoyur. Videoda əks olunan yol polisinin dövlət nömrə nişanı YPX 540-dır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, bu barədə hələlik onlarda məlum yoxdur. Onun sözlərinə görə, hələ həmin video ilə tanış olmayıb. Lakin istənilən halda bu qanun pozuntusudur.
“Ola bilər həmin video çoxdan çəkilib və həmin əməkdaşımız işdən çıxarılıb. Bəlkə də, təzə çəkilib. Dediyiniz məsələni araşdırarıq”, - deyə K.Əliyev vurğulayıb.
Rəisin sözlərinə görə, hazırda Azərbaycanda yol polisi sürücülərdən cəriməni nağd şəkildə ala bilməz. Bu qanunla yolverilməzdir. Əgər hansısa yol polisi vətəndaşdan pul alırsa. Mütləq həmin şəxs idarəyə bildirsin. Dərhal rüşvət alan yol polisi cəzalandırılacaq.
OXŞAR XƏBƏRLƏR