Rüşvət istəyən həkim - DANIŞDI -VİDEO

Rüşvət istəyən həkim - DANIŞDI -VİDEO
Bütün Xəbərlər
16:34 23.05.2014
1508
Sabirabad Rayon Perinetal Mərkəzində çəkilən video sosial şəbəkələrdə geniş müzakirə mövzusuna səbəb olub.
Videoda Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədov ilə xəstə yaxınlarından rüşvət tələb etməsini görmək mümkündür. Xəstə yaxınları isə “əsas can sağlığıdır, pul isə boş şeydir” deyir. V.Məmmodov isə cavab verir ki, pul heç də boş şey deyil.
“Pul yoldaşlıqda, dostluqda keçmir. Qalan şeylərdə pul keçir. Mənə də pul lazımdır. Axı mənim də həmkarlarım var. Onlarla da mənə verilən pulu bölüşürəm. Polis də, hakim də dar ayaqda hamısı həkimə müraciət edir”, Vüsal Məmmədov deyir.
Məsələ ilə bağlı Vüsal Məmmədov ilə əlaqə saxladıq. O, bildirdi ki, onun rüşvət tələb etməsi ilə bağlı yayılan videonu görməyib.
“Ona görə də heç bir söz deyə bilmərəm. Ola bilsin video montajdır”, V.Məmmədov dedi. 30 yaşlı həkim onların xəstəxanasında rüşvət alma hallarının olmadığını da bildirib.
Qeyd edək ki, mayın 14-də Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədov Rzayeva Alidə Ağalar qızı üzərində qeysəriyyə əməliyyatı keçirmişdi. Əməliyyatdan sonra Alidə Rzayeva dünyasını dəyişmişdi.(Anspress.com)
OXŞAR XƏBƏRLƏR