NATO-nun baş katibi Mark Rütte Ukrayna münaqişəsində "sülhə doğru irəliləyiş üçün real imkan pəncərəsinin” yarandığını bəyan edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə o, "X” hesabında paylaşım edib.
Rütte bildirib ki, NATO sammitinə hazırlıq çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.
"Türkiyə NATO-nun etibarlı və güclü müttəfiqidir. Görüş zamanı, həmçinin, Ukraynadakı vəziyyəti müzakirə etdik. Orada sülhə doğru irəliləyiş üçün real bir imkan pəncərəsi açılıb”, – deyə NATO baş katibi vurğulayıb.