Rövşən Bayramovun oğlu oldu

Rövşən Bayramovun oğlu oldu
Bütün Xəbərlər
19:36 30.08.2012
2234
İki qat gümüş mükafatçısı olan idmançımızın oğlu olub.
Azərbaycan Güləş Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Rövşən Bayramovun ata olması xəbəri hamını sevincə qərq edib. İnanırıq ki, Rövşənin yeni doğulmuş oğlu da atası kimi Azərbaycanın adını uca tutacaq, valideynlərinə layiq övlad olacaq.Xatırladaq ki, Rövşən Bayramov Pekin və London Olimpiadasının gümüş mükafatçısı, 2011-ci ilin Dünya çempionu, DÇ-nin gümüş (2006) və bürünc (2009) mükafatçısı, ikiqat Avropa çempionu (2007, 2008) və bürünc (2006) mükafatçısıdır.
OXŞAR XƏBƏRLƏR