Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq mülki iddia qaldırıldı

Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq mülki iddia qaldırıldı
SOSİAL
13:23 16.07.2021
541
Bakı Hərbi Məhkəməsində həbsdə olan sabiq birlik komandiri, general Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilirb

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verib. Vəkillər cinayət işində kobud qanun pozuntularına yol verilməsi səbəbindən cinayət işinə xitam verilməsini və işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyiblər.

Vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diaporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və Məzahir Şıxaliyevin və Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər.

Vəkillər qeyd ediblər ki, həmin şəxslər hadisə olan zaman ifadələrində hadisəni kim tərəfindən törədildiyini bilməsələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun törədiyini deyiblər: "Bu səbəbdən onların ifadəsinin sübutlar siyahısından çıxarılması istəyirik".

Rövşən Əkbərovun vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə də vəsatət veriblər.

Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.

Prosesdə hakimlər müşavirəyə yollanıb.

Müşavirədən sonra məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin etməyib, zərərçəkmiş şəxsin verdiyi mülki iddia isə məhkəmə icraatına qəbul edilib.

Məhkəmə baxışı iyulun 30-na təyin edilib.

Xatırladaq ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim