‘Rövşən Lənkəranski’nin yaxın dostu tutuldu - FOTO

‘Rövşən Lənkəranski’nin yaxın dostu tutuldu -  FOTO
Bütün Xəbərlər
11:56 15.02.2013
2633

Dünən Rusiyanın paytaxtı Moskvada şəhər polisi və Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində "Lebed Borisovskiy" ləqəbli 34 yaşlı "oğru" Ruslan Lebed həbs olunub.

Həbs zamanı onun üstündən narkotik maddələr və saxta pasportun aşkarlandığı vurğulanır. Ruslan Lebed2012-ci ilin dekabrında "oğru" adlı alıb.

Həmin vaxt Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Ded Hasan"a qarşı olan qruplaşmanın mənsubları "sxodka", yəni "oğru toplantısı" keçirmişdilər. "Cemo" ləqəbliCemal Mikeladze, "Rövşən Lənkəranski" ləqəbliRövşən Canıyevvə "Timoxa" ləqəbliAleksandr Borun rəhbərlik etdiyi toplantıda Belarusun 3 vətəndaşı "oğru" tituluna yiyələnmişdi. Həmin şəxslər "Paşa Paştet" ləqəbliPavel Alekseyeviç, "Medvejonok" ləqəbliAleksandr Medvedevvə "Lebed Borisovskiy" ləqəbli Ruslan Lebed idi.

Ümumiyyətlə isə həmin toplantıda 16 nəfərə "oğru" adı verilmişdi. Kriminalnaya Rossiya bildirir ki, iddialara görə, Ruslan Lebed "Rövşən Lənkəranski"nin dostudur. "Ded Hasan" ləqəbli Aslan Usoyan Dubay toplantısında "oğru" adı almış şəxslərin adlarını və "oğru"luqlarını tanımadığını demişdi.

Yanvarın 16-da isə "Ded Hasan" snayper atəşi ilə qətlə yetirilmişdi. (milli.az)

OXŞAR XƏBƏRLƏR