Röya: "Ölsəm, qəbrim üstə gəlməsinlər!"

Röya: "Ölsəm, qəbrim üstə gəlməsinlər!"
ŞOU-BİZNES
22:18 11.12.2011
2061

Populyar müğənnilər Röya və Zamiq barışıblar.

AZXEBER.COM-un portalı Day.Az saytına istinadən bildirir ki, bu barədə onlar "ATV-maqazin" verilişinə açıqlamalarında bildiriblər.

Zamiq deyib ki, mübahisə hətta ailə daxilində də olur:

"Biz onunla yaxşı dost idik. Ona görə də silmək olmur. Balaca bir anlaşılmazlıq olmuşdu. İstəməzdim ki, belə olsun. İndi biz barışmışıq".

Röya Zamiqin sözlərini təsdiqləyib.

"Nə qədər incisəm də, bilirəm ki, hər şeyin bir həddi var. Elə müğənnilər var ki, onlar mənimçün yoxdurlar. Hətta ölsəm, qəbrim üstə gəlməsinlər. Onların arasında qadınlar da, kişilər də var. İki müğənni var ki, onları ömrümün sonuna qədər bağışlamayacağam. Elələri də var ki, nə qədər incisəm də, bilirəm ki, o insanla yola çıxmaq, öz sirrini bölüşmək olar. Zamiqi çox istəyirəm", - deyə Röya bildirib.

OXŞAR XƏBƏRLƏR