Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatları çərçivəsində həbs olunan və bir müddət əvvəl azadlığa buraxılan iranlı biznesmen Rza Zərrab Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını məhkəməyə verib. Baxçalının 30 mart bələdiyyə seçkisindən 3 gün əvvəl Qəhrəmanmaraşda keçirdiyi mitinqdə “şarlatan” deyərək onu təhqir etdiyini deyən Zərrab bozqurdçu liderdən 100 000 lirə (37 000 azn) mənəvi təzminat tələb edir. Məlumata görə, Dövlət Baxçalı həmin mitinqdə Rza Zərrab barədə, “İrandan nə olduğu məlum olmayan şarlatan gəlib” – deyib. Xatırladaq ki, Rza Zərrab bundan əvvəl Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu barədə şikayətlə də məhkəməyə müraciət etmişdi. (anspress)